Yeni rəis Naxçıvana getdibackend

Xeyli vaxtdır gözlənildiyi kimi, Naxçıvan MR Daxili İşlər Nazirliyi ləğv olunub, onun yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsi yaradılıb.

“AzPolitika.info”ya mötəbər mənbədən daxil olan məlumata görə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov Naxçıvan MR Baş Polis İdarəsinin rəisi təyin olunub.

S.Nemətov bu gündən yeni vəzifəsinin icrasına başlayacaq. Mənbənin bildirdiyinə görə, S.Nemətov Naxçıvana tək getməyib. Onunla birlikdə Naxçıvan polisində yüksək vəzifələri tutacaq 5-6 nəfər də MR-ə yollanıb.

Əslən Babək rayonunun Nehrəm kəndindən olan S.Nemətov Suraxanı polisindən əvvəl Quba polisinə rəhbərlik edib.

DİN sistemindəki mənbələrin bildirdiyinə görə, nazir Vilayət Eyvazovun etimad göstərdiyi polis zabitlərindəndir.