“Yeni seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdırbackend

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir”.

“Yeni Gündem” xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı siyasi şərhçi, konfliktoloq Yevqeni Mixaylov deyib.

O bildirib ki, parlamentin buraxılması ilə bağlı qərar xalqa daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədi daşıyır.

“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Dövlət qulluğunda əsaslı və keyfiyyətli dəyişikliklər edilir. Bu mənada seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdır. Yeni parlamentdə təmsil olunan şəxslər ölkənin həm iqtisadi, həm də siyasi həyatında inkişafa xidmət edəcək qanunlar qəbul etməyə qadir insanlar olmalıdırlar. Ümid edirəm ki, yeni deputatlar Prezidentin apardığı islahatlara uyğun olaraq ölkənin inkişafına təkan verə biləcəklər”, – deyə Y.Mixaylov vurğulayıb.