Yeni seçilən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri kimdir?backend

Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclasda komitələrə sədr seçkisi keçirilib.

“Yeni Gundem” xəbər verir ki, YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib.

Qurbanov Sadiq Haqverdi oğlu 1972-ci il iyul ayının 12-də Naxçıvan MR Şərur rayonunun Ələkli kəndində anadan olub.

Təhsilini 1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbində, 1989-1994-cü illərdə BDU-nun mexanika–riyaziyyat fakültəsində, 1997-2001-ci illərdə ikinci ixtisas üzrə BDU-nun hüquq fakültəsində, 2001-2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində alıb.

2006-ci ildən texniki elmlər namizədidir.

2 kitabın – Əmək Məcəlləsinin Kommentariyası (2007) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Paktik Kommentariyası (2019) həmmüəllifi, 15-dən çox elmi məqalələrin müəllifidir.

1994-2000-ci illərdə BDU-nun «Nəzəri-mexanika və bütöv mühit mexanikası» kafedrasında mühəndis, 2001-ci ildən hal-hazıradək ADİU-nun (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında müəllim-dosent, 2000-2006-cı illərdə YAP-ın Mərkəzi Aparatında İdeoloji şöbənin partiyalar arası əlaqələr üzrə baş referent, 2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin sektor müdiri, 2010-cu idən hal-hazıradək Az.NQSI HI RK–nın sədr müavini (Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi) vəzifəsində işləyir.

1992-ci ildə ümmummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını məhdudlaşdıran konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinə etiraz olaraq başlayıb. 1993-cü il 13 fevral tarixindən Yeni Azərbaycan Partiyasının sıralarındadır. YAP-nın Gənclər Təşkilatının təşkilat komitəsinin ilk sədri olub. 2000-ci ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərində YAP-ın proporsional siyahısında (ehtiyat üzv) təmsil olunub. 2005-ci ildə YAP tərəfindən Xətai rayonu 34 saylı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Ən böyük mükafatı isə ümummilli lider Heydər Əliyevin və cənab İlham Əliyevin də iştirak etdiyi YAP-nın İdarə Heyətinin toplantısında siyasi fəaliyyəti ilə bağlı təşəkkür etməsi olub.

Evlidir, 3 övladı var.

Yenigundem.az