Yeni sədr kimdir?backend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu təyinata qədər Vüqar Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Ondan öncə isə sözügedən nazirlikdə baş məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.

Müxtəlif illərdə özəl təşkilatlarda çalışan V. Süleymanov 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

1965-ci il təvəllüdlü yeni sədr M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib.

Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, bundan öncə Agentliyin icraçı direktoru vəzifəsini Qəzənfər Əhmədov icra edirdi.