Yeni vəzifələrinin ilk günü təkbətək görüşdülər – Fotobackend

Rusiyanın yeni Baş Naziri Mixail Mişustin Hökumət evinə gedərək sələfi Dmitri Medvedevlə görüşüb.

“Yeni Gündem”in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, tərəflər 1 saatdan çox təkbətək danışıq aparıblar. Daha sonra istefaya gedən, lakin hazırda öz səlahiyyətlərini icra edən Nazirlər Kabinetinin nümayəndələri ilə görüşüblər.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti yanvarın 15-də istefaya göndərib. Yanvarın 16-da Baş Nazir postuna Mixail Mişustin təyin olunub.

Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib.