Yeni xəbər agentliyi fəaliyyətə başlayırbackend

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır

Azərbaycanda yeni xəbər agentliyi yaradılır. Online News Agency (ONA) adlandırılacaq yeni agentliyin təsisçisi əməkdar jurnalist Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.

“Yenigundem” Real-a istinadən xəbər verir ki, agentlik artıq dövlət qeydiyyatından keçib.

Agentlik – azərbaycan, rus, ingilis, fransız, ərəb və erməni dillərində fəaliyyət göstərəcək. Yaxın günlərdə fəaliyyətə başlayacaq agentliyin video xidməti də olacaq.

Vüsalə Mahirqızı deyib ki, bu dəfə agentliyin daha çox sosial mediaya yönəlik fəaliyyəti nəzərdə tutulur: “Agentliyi yeniləmək və modernləşdirmək istəyirik. Agentlikdə tamamilə yeni redaksiyalar fəaliyyət göstərəcək. Eyni zamanda Lent.az və kulis.az portalları da fəaliyyətini bərpa edəcək”.

Agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.

Video: