Yenigundem.az saytı jurnalist olmaq istəyən tələbələr üçün ödənişsiz təcrübə proqramına start verirbackend

Yenigundem.az saytı gənc jurnalistlər üçün peşə bacarıqları üzrə təcrübə proqramı elan edir.

Namizədlər arasında aşağıdakı tələblərə cavab verənlərə üstünlük veriləcək:

– Məsuliyyətli

– Verilən tapşırıqları zamanında və tələb olunan formada yerinə yetirənlərə

– Öyrənmək və inkişaf etməkdə marağı olanlara

– Xarici dil biliklərinin olması arzu olunandır.

Təcrübə proqramının iştirakçıları online qaydada çalışaraq aşağıdakı işləri görəcək:

1. Araşdırma materiallarının hazırlanması

2. Xəbərlərin hazırlanması və səsləndirilməsi

3. Videokamera ilə iş

4. Müsahibələrin təşkili

5. Aktual mövzulara uyğun olaraq şəxs və ya şəxslərdən açıqlamaların alınması

Proqramda jurnalistika təhsilli və ya bu sahədə müəyyən təcrübəsi olan, ən azı bir sosial şəbəkədən aktiv istifadə edən 18-28 yaşlı şəxslər iştirak edə bilərlər. İştirakçlar həftənin beş günü ikinövbəli rejimdə məşğul olacaqlar.

İştirakçılar nə əldə edəcəklər?


1. İştirakçılar peşəkar jurnalistikanı öyrənə, real materialllar – reportaj, canlı yayımlar və.s üzərində biliklərini təkminləşdirə biləcək.

2. Təcrübə proqramını uğurla bitirən iştirakçılar müxtəlif media qurumlarında fəaliyyətlərini davam etdirə bilmək üçün tövsiyə məktubu əldə edəcəklər.

Maraqlanan şəxslər [email protected] elektron ünvanına və ya 0705966497(Whatsapp) nömrəsinə müraciət edə bilərlər.