“Yenilənmiş İdarə Heyəti yəqin ki, daha çevik fəaliyyət göstərməlidir” – AÇIQLAMAbackend

Jurnalistlərin VIII ci qurultayı başa çatdı.Buraya ictimaiyyət çox böyük marağ göstərdi. Yeni İdarə Heyəti seçildi, yeni İdarə Heyətində gənclər çoxdur.İdarə Heyətinin 50 faizini gənclər təşkil edir .

Bu sözləri Yeni Gündəm” açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid deyib.

Yeni sədr Mətbuat Şurasının 19 il ərzində gördüyü işləridə vurğuladı:

“Mətbuat Şurası 19 ildir ki, fəaliyyət göstərir.İlk qurultaydan Mətbuat Şurasının qurultaylarını idarə etmişəm.Şura yarandığı gündən də İdarə Heyətinin üzviyəm . Mətbuat Şurası bu illər ərzində məmur -jurnalist-ictimayyət münasibətlərinin tənzimlənməsində böyük rol oynayıb .Yenilənmiş İdarə Heyəti yəqin ki,daha çevik fəaliyyət göstərməlidir “

Fərahim RƏHİMOV

Yenigundem.az