Yerə atdığı zibil 11 il sonra başını bəlaya saldıbackend
İngiltərənin Mançester şəhərində 2009-cu ildə yediyi sendviçin kağızını yerə atmaqda ittiham olunan bir tələbə 11 il sonra məhkəməyə çıxarılıb.
“Yeni Gündəm” xarici mətbuata istinadən xəbər verir ki, Qreys Förz adlı şəxsə 370 funt-sterlinq məbləğində pul cəzası tətbiq edilib. 32 yaşlı Qreys hakim qarşısında özünü müdafiə edərkən, məhkəmə bildirişinin köhnə evinə göndərildiyini və bu səbəbdən də cinayət işi barədə məlumatsız olduğunu deyib.
Hakim onun açıqlamasından sonra pul cəzasının məbləğini 55 funt-sterlinqə salıb.
Qeyd edək ki, İngiltərənin paytaxtında yerə siqaret, saqqız və ya başqa zibil atan şəxslər 65 funt sterlinq məbləğində cərimə edilir. Cərimələri bələdiyyə toplayır. Əgər pul 15 gün ərzində ödənilməyibsə, cinayət işi açılır və miqdar 2500 sterlinqə qədər artırıla bilir. Rəsmi məlumatlara görə, 2018-ci ildə 250 mindən çox insan yerə zibil atdığı üçün cərimə edilib.