Yerevanda nazir müavini ilə klub prezidenti saxlanıldıbackend

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin yüksək vəzifəli şəxslərini saxlayıb.

“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Qevork Loretsyan külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onunla birlikdə sürücüsü və “Lokomotiv” futbol klubunun Prezidenti Qraçik Kananyan da tutulub.

“Armsport.am” saytının məlumatına görə, Kananyan “Elit Sport” MMC-nin də direktorudur. Şirkət Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə əməkdaşlıq edərək bu qurumu idman geyimləri ilə təmin edib.