Yevgeni Koçuk “Keşlə”də – Rəsmibackend

“Keşlə” növbəti transferini gerçəkləşdirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Sabah”dan ayrılan yarımmüdafiəçi Yevgeni Koçukla müqavilə imzalandığı bildirilib. Oyunçu ilə bu mövsümün sonundək müqavilə imzalanıb.

Qeyd edək ki, Koçuk buna qədər Moldovanın “Daçia”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib. Həmçinin 2015-ci ildən Moldova millisinə dəvət alan 27 yaşlı futbolçu yığmada 25 oyun keçirib.