Yevlax sakini Bakı bulvarında özünü dənizə atdıbackend

Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 7-si saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda qeydə alınıb.

Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb. Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.

Araşdırma aparılır.