Yevlaxda İcra başçısının müavinləri sahibkardan rüşvət aldı – İDDİA –VİDEObackend
Yevlaxda İcra Hakimiyyətinin başçısının müavinləri sahibkardan 3800 manat rüşvət alıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə redaksiyamıza müaraciət edən yevlaxlı sahibkar Əzizov Kamil məlumat verib. O bildirib ki, Yevlax şəhərində yerləşən obyektinin tikintisinə başlayan zaman, İcra Hakimiyyətinin müavinləri Ceyhun Kərimxanov və Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Xalid Əhmədov ondan 3800 azn rüşvət alıb.

Sahibkar redakisiyamız vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edib.

Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik:

Qeyd edək ki, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Xalid Əhmədovun adı sabiq İcra Başçısı Qoca Səmədovun cinayət işində də hallanıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…/KanalS.az