Yol polisi Bakıya nəzarəti gücləndirdi — Bütün əməkdaşlar səfərbər edildibackend

“Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülməklə xidmət təşkil edilib. Bütün əməkdaşlarımız səfərbər edilərək, nəzarət gücləndirilib”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov bu gündən start verilən reydlərlə bağlı danışarkən bildirib.

Şöbə rəisi qeyd edib ki, tədbirlərdə məqsəd vətəndaşları cərimələmək deyil, maarifləndirmə işlərini gücləndirmək, yol hərəkətində mədəniyyət səviyyəsini, təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır.

V.Əsədov şəhərdəki tıxacların səbəbləri barədə də fikir bildirib:

“Bəzi hallarda avtobus və taksi sürücülərinin tələblərə riayət etmədiyinin şahidi oluruq. Avtobus sürücüləri avtobus duracağı istiqamətində hərəkət edərkən, yolun sağ hərəkət zolağını tutmalıdır. Eyni zamanda, taksi fəaliyyətilə məşğul olan sürücülər də dayanma-durma qaydalarına riayət etməli, müştərilərin düşürülməsi üçün düzgün ərazi seçməlidirlər. Təəssüflər olsun ki, bu kimi amillər süni sıxlığın, lüzumsuz səs siqnallarının verilməsinə, ləngimələrə səbəb olur. Eyni zamanda, yollarımızın konusvari olması da sıxlıq yaradan amillər sırasındadır. 6 və 8 hərəkət zolaqlı avtomobil yollarının ən azından “Şamaxinka”da 2 hərəkət zolağına dəyişdirilməsi süni sıxlığın yaranmasına səbəb olub. Ona görə də piyadaları və sürücüləri qaydalara riayət etməyə çağırırıq”.Modern.az