Yollardakı vəziyyət açıqlandıbackend

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi respublikanın avtomobil yollarında mövcud vəziyyətlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, körpülərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur.

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Bakı-Şamaxı-Yevlax – Qar yağmır, yolun 132-143-cü kilometrliklərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Ağsu aşırımı – Qar yağmır, yolun bəzi hissələrində buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Hacıqabul-Horadiz – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Şəmkir-Gədəbəy – Qar yağmır, yolun bəzi hissələrində buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Gəncə-Daşkəsən – Qar yağmır, buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Muğanlı-İsmayıllı-Şəki – Qar yağmır, yolun 0-40-cı kilometrliklərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Zaqatala-Balakən – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Lənkəran- Lerik – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Masallı-Yardımlı – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Aeroport yolu, Z.Bünyada prospekti – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur.