“YouTube”la bağlı məcburiyyətbackend

“YouTube” smart televizorlar üçün 30 saniyəlik ötürülməsi mümkün olmayan videolar şəklində yeni reklam formatının istifadəyə verildiyini elan edib.

Ardıcıl olaraq 15 saniyəlik iki videoçarxın əvəzinə buraxılması mümkünsüz olan yeni reklamların göstəriləcəyi bildirilib.

Yenilik “YouTube” tətbiqi ilə işləyən smart televizorlarda tətbiq olunacaq. Reklamlara baxmaq istəməyən istifadəçilər ödənişli “YouTube Premium” abunəliyindən istifadə edə bilərlər.

Bundan əlavə, “YouTube” pauza zamanı banner reklamları göstərməyi planlaşdırır. Belə reklamlar “rədd et” düyməsini sıxmaqla silinəcək. Hər iki yeniliyin tətbiq tarixi hələ açıqlanmayıb.

Oxu.az