Yaponiya sahillərində yük gəmisində partlayış baş verib, ekipaj üzvlərindən biri olan Rusiya vətəndaşı həlak olub.
“Yeni Gundem” xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
SHOT-un məlumatına görə, hadisə Sakit Okeanda, Yaponiyanın Tokaçi limanından təxminən 40 mil aralıda baş verib. Rusiyanın “Saronik Breeze” yük gəmisində təmir işləri zamanı asetilen balonları partlayıb. Dəmir qapı xarab olub və işi aparan mexanik-qaynaqçının başına uçub. Kişi yerindəcə dünyasını dəyişib.
Bundan əvvəl, oktyabrın 26-da Türkiyənin Fəthiyə körfəzində ölkənin cənubunda yük gəmisinin göyərtəsində partlayış baş verib, 4 nəfər yaralanıb.
Mənbə: Lenta.Ru
Aynur Camal