Yüksək texnologiya sənayesi naziri istefa verdibackend

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan istefa verib.

“Yeni Gündəm” xəbər verir ki, o, bu barədə martın 31-də feysbuk səhifəsində yazıb.

A.Arşakyan könüllü olaraq istefa ərizəsini yazdığını açıqlayıb.

Bildirilib ki, nazirin istefası ilə bağlı şayiələr bir neçə gün əvvəl KİV-də yayılmışdı.