Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Səadət Bəktaşinin dosyesini təqdim edirik:
Bəktaşi Səadət İnayət qızı 25 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.
1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1982-ci ildə bitirmişdir.1976-1977-ci illərdə Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsində məhkəmə iclas katibi işləmişdir.1982-1984-cü illərdə Bakı şəhəri 1 saylı Dövlət Notariat kontorunda dövlət notariusu vəzifəsi üzrə stajor;1984-1997-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qanunvericiliyin sistemləşdirilməsi vəqanun layihələrinin hazırlanması idarəsində məsləhətçi, Sovet qanunçuluğu idarəsində 1-ci dərəcəlimütəxəssis, Qanunlar toplusu redaksiya qrupunda aparıcı mütəxəssis, Hüquqi şəxslərin dövlət qeydiyyatı
idarəsində baş mütəxəssis, rəis müavini vəzifələrində işləyib;
1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının dövlət hüquq şöbəsində böyük
məsləhətçi, Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində işləyib;
2000-2007-ci illərdə Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin sədri vəzifəsində işləyib;
2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş, İqtisadi Mübahisələrə dair İşlər üzrə
Məhkəmə Kollegiyasının sədri vəzifəsini icra edib;
2010-cu ilin avqust ayının 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib;
Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədridir.
2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1 iyun 2012-ci il tarixli sərəncamı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri təyin edilmişdir.
Ailəlidir 2 övladı var.