Yüksək vəzifəli şəxslərlə bağlı YENİ TƏYİNATLAR / FOTObackend

“Bakı Metropoliteni” QSC-nin 2014-cü ildən hüquq Idarəsinin rəisi işləyən Adil Atakişiyev vəzifəsindən azad edilib. 

“Yeni Gündəm” xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin olunub.

Bir qədər əvvəl isə metronun İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyevin vəzifələri dəyişdirilib.  Belə ki, T. Dadaşov aparat rəhbəri, Ə. Əliyev isə İnsan Resursları və Layihələrin İdarəedilməsi Departamentinin rəisi vəzifələrinə təyin edilib. //Report