Afinanın Artemida ətrafına silahlı hücum nəticəsində 6 nəfər həyatını itirib.
“Yeni Gundem” xəbər verir ki, Yunanıstan Dövlət Televiziyasının (ERT) məlumatına görə, axşam saatlarında Artemidada baş verən hücumdan sonra polis hadisə yerində onlarla güllə gilizləri tapıb.
Silahlı hücumda 6 nəfər həyatını itirib.
Polis qrupları hadisə yerindən avtomobillə qaçan cinayətkarların tutulması üçün genişmiqyaslı əməliyyat başlatdı.
Bildirilib ki, hadisə ilə bağlı ilkin araşdırmanı Attika Polis İdarəsi aparıb.
Yerli mətbuatda “mafiya nümayişi” kimi qiymətləndirilən hücumda həyatını itirən 6 nəfərin Alban əsilli olduğu iddia edilir.