Yunus Emre İnstitutu COVID-19-un həllinə elmi diplomatiya ilə köməklik göstərirbackend

Yunus Emre İnstitutu Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayədarlığı altında “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihə”sini (Türkiye Akademik ve Bilimsel İşbirliği Projesi-TABİP) icra edir. Yunus Emre İnstitutu eyni zamanda elmi əməkdaşlıq və informasiya mübadiləsini təmin edən TABİP ilə, elmi diplomatiya fəaliyyətlərini də icra edir.

İnstitut, COVID-19-un çarəsini tapmaq üçün fəaliyyət göstərən bütün tərəflərin aktual elmi araşdırmaları və texniki inkişafları ən etibarlı mənbələrdən izləyə bilmələrini təmin etmək üçün covid19.tabipacademy.com saytını istifadəyə verib. “Covid-19 Hub” adlı sayt onlarla fərqli başlıq altında yüzlərlə məqalə və təhlilləri ödənişsiz olaraq insanların istifadəsinə təqdim edir.

Yunus Emre İnstitutu bu əhatəli platforma ilə koronavirusa qarşı elmi və texniki mübarizəyə öz töhfəsini verir. Əsas mənbələrdən əldə olunan ən müasir yenilikləri, məlumatları və tapıntıları tərtib edərək, yüz minlərlə xəstənin həyatını xilas etmək və virusun yayılmasının qarşısını almaq üçün zaman ilə mübarizə aparan elm adamları, həkimlər, tibbi avadanlıq istehsalçıları və bütün aidiyyəti tərəflər üçün əlçatan hala gətirir və koronavirusa qarşı elmi və texniki mübarizəni sürətləndirir.

“Covid-19 Hub” başlıca olaraq Türkiyədəki yaxşı nümunələri və yenilikləri, eyni zamanda Yunus Emre İnstitutlarının dünya səviyyəsindəki şəbəkəsini istifadə edərək Yaponiyadan Cənubi Koreyaya Almaniyadan ABŞ-a qədər hər ölkədəki yaxşı tətbiqləri insanlığın xidmətinə təqdim edir.

“Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihə”si çərçivəsində bir ilkə imza atan Yunus Emre İnstitutunun sədri Prof. Şərəf Atəş dünyanı təsiri altına alan COVID-19 həllinə töhfə vermək üçün yeni bir xəbər saytı açdıqlarını söyləyib. İnstitutun Sədri Prof. Şərəf Atəş belə bir portala nə üçün ehtiyac olduğunu və TABİP-in məqsədini belə izah edib:

“ Biz Yunus Emre İnstitutu olaraq, xüsusilə mədəniyyət və elm sahəsində fəaliyyət göstəririk. Çünki mədəniyyət və elm bəşəriyyət üçün ən vacib iki sərvətdir. Və belə problemli vaxtlarda bunun dəyərini bir daha anlayırıq. Çünki mədəniyyət və elm olmadan, mədəniyyət və elm istehsal etmədən bəşəriyyətin özünü qoruması və bu təcrübəni gələcək nəsillərə ötürməsi mümkün deyil. Çünki elm bir problemin necə ortaya çıxtığının, mədəniyyət isə niyə ortaya çıxdığının cavabını axtarır. Bu mənada xüsusən də belə çətin günlərdə qarşılaşdığımız problemlərdə cəmiyyətin reaksiyası da vacibdir. Başqa sözlə, necə reaksiya verirsiniz, problemə necə yanaşırsınız, yəni həll yolu üçün yoxsa yola vermək üçün çalışırsınız?

Bu mənada Yunus Emre İnstitutu da öz üzərinə düşəni etmək üçün hərəkətə keçdi. İki il əvvəl Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayəsi altında qurduğumuz TABİP adlı bir layihəmiz var. Bütöv adı, “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi”dir. Bu layihənin əsas məqsədi dünyanın hər tərəfindəki elm insanlarını, layihələri, elmi inkişafları Türkiyə ilə bölüşmək, Türkiyədəki inkişafı da dünya ilə bölüşməkdir. Beləliklə bir ekosistem qurduq. Dünyadakı bütün elmi inkişafları Türkiyə ilə bölüşmək üçün biz buna hazır idik. Koronavirusla qarşılaşdığımız zaman isə həll yönümlü fikir mübadiləsi aparıb, bu problemə necə töhfə verə biləcəyimizi düşündük və əlavə bir veb sayt yaratdıq. Və bu veb saytı dərhal işə saldıq. (Covid19.tabipacademy.com) ”

Dünyanın 60 ölkəsində Yunus Emre İnstitutlarının fəaliyyət göstərdiyini, eyni zamanda gənc və dinamik bir işçi qrupuna sahib olduqlarını ifadə edən Prof. Şərəf Atəş, bu platforma ilə həll yolunun bir parçası olmaq istədiklərinə diqqət çəkərək:

“Burada əsas məqsəd həll yolunun bir hissəsi olmaqdır. Buna görə xəstələrin həyatını xilas etmək üçün zamanla yarışan elm adamlarımız var. Bu təkcə Türkiyədə deyil, dünyanın hər tərəfində belədir. Həkimlər, tibbi avadanlıq istehsalçıları… Onlara lazımi düzgün məlumatlar vermək vacibdir. Bu məqamda, heç kim bir insan olaraq heç kimin rəqibi deyil, hər kəs bir-birinin “yoldaşıdır”. Başqa sözlə, dilimizdə “yoldaş” yol dostu, birlikdə hərəkət edən insanlar deməkdir. Buna görə də bu zəruri məlumatları ən qısa müddətdə doğru mənbələrdən yığmaq, süzgəcdən keçirmək və cəmiyyətə ötürmək lazımdır. Komandalarımız bunu cəld bir şəkildə həyata keçirdirlər. Veb saytımız hər saat başı yenilənir. Buna görə də, internetdəki bütün səhv məlumatları nəzərə alaraq, buradan səhv və spekulyativ elementləri çıxardırıq.

Bu virusa qarşı iki növ mübarizə var. Birincisi tibbi mübarizə, yəni insanların bədənlərinin buna qarşı çıxması. Onun üçün peyvənd tədqiqatları, dərman inkişaf etdirmə işləri, süni intellekt, nəfəs aparatı, test dəsti istifadəsi. Bütün bunlar çox vacibdir, lakin daha bir vacib məqam var. O da mədəni inkişafla bağlıdır. İnsanın həm fərd, həm də cəmiyyət olaraq bu virusa qarşı yüksək müqaviməti. Beləliklə, psixologiya və iqtisadiyyat amilləri meydana çıxır. Buna görə də, bütün xəbərlərdə və məqalələrdə həm fərdi müqavimətimizi artırmalı həm də ictimaiyyət olaraq bununla mübarizədə təsirli olmalıyıq.”
Bundan əlavə, İnstitutun Sədri Prof. Şərəf Atəş, covid19.tabipacademy.com saytının dünyanın istifadəsinə açıq olduğunu, bundan istifadə edən bütün maraqlı tərəflərin, COVID-19 həlli üçün bütün dünyada tətbiq edilən ən yeni tədqiqatları, texnologiyaları, inkişafları, elmi mənbələri və məqalələri izləyə biləcəklərini və beləliklə süzgəcdən keçmiş məlumatlarla həll yolu üçün gedəcəkləri yolda vaxt qazanacaqlarını və sayta girişin pulsuz olduğunu eyni zamanda heç bir üzvlük tələb edilmədiyini söyləyib.

Saytda süni intellekt, nəfəs aparatı, peyvənd və test dəstləri də daxil olmaqla 10-dan çox kateqoriyada xəbər və məqalələr var və bu xüsusiyyəti ilə epidemiyanı bir çox fərqli ölçüdə işləmiş olur.

Covid19.tabipacademy.com saytı ölkəmizi və dünyanı təhdid edən yeni bir növ korona virusunun yayılmasına qarşı mübarizə aparan türk və xarici elm adamlarının işinə töhfə vermək və epidemiyanın yayılmasını minimuma endirməklə kontrol altına alaraq, insanlıq üçün təhdid olmaqdan çıxmağını təmin etmək üçün, internetdə olan məlumat kirliliyini nəzərə alaraq, saxta, yanlış və ya spekulyativ elementləri olmayan tamamilə akademik və elmi nəşrlər olan bir saytdır.