Yusif Mustafayev xalq artisti Əlibaba Məmmədovla bağlı xatirələrini bölüşdübackend

Əməkdar artist Yusif Mustafayev xalq artisti Əlibaba Məmmədovun dəfn mərasiminə qatılıb.

Əməkdar artist “Yeni Gündəm”-ə xanəndə mərhum həmkarı ilə bağlı xatirələrini bölüşüb.

“Əlibaba müəllim şəxsən mən Yusif Mustafayevin ustadı olub. Mənim bu yerə gəlib çatmağımda Əlibaba müəllimin xidməti olub. Ömrüm boyu ona borclu, duaçıyam.

Əlibaba müəllim həmişə səhnə, sənət davranışı ilə həyatda bizı nümunə, örnək olub.Ə.Məmmədovun vəfatı Azərbaycan mədəniyyətinə böyük itkidir.

Allah ustadımın yerini cənnət etsin”.