Yuşşenko: “Avropa İttifaqı vahid mövqedən çıxış etmir”backend

“15 ildə ölkəmiz Avropaya inteqrasiya prosesini uğurla tamamlayıb”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2005-ci ildən Ukraynada vəhdət uğurla həyata keçirilib: “Bunun da nəticəsində bir sıra problemlərin həllinə nail olunub”.

O, eyni zamanda, Avropanın Ukraynaya yanaşmasını da dəyərləndirib.

V. Yuşşenko bildirib ki, hüquqi, habelə iqtisadiyyatın modernizasiyası öhdəliklərinin icrasında heç bir problem yoxdur: “Əsas çətinliklər kommunizm iqtisadiyyatından rəqabətli bazar iqtisadiyyatına keçid dövrü ilə bağlıdır. Hesab edirəm ki, Avropa İttifaqında baş verənlərdən sonra qurum artıq vahid mövqedən çıxış etmir. Xüsusilə də Avrozonanın Şərq siyasəti buxarlanıb”.