“Yuventus” canlı əfsanəsi ilə müqaviləni uzadırbackend

“Yuventus” qapıçısı Canluici Buffonla müqaviləni uzatmağı planlaşdırır.

Turin klubu klubun canlı əfsanəsi  43 yaşlı qolkiperlə 1 illik müqavilə imzalamaq üçün danışıqlar aparır.

Buffonun hazırkı sözləşməsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Buffon bu mövsüm 9 matça çıxıb.