Əzəli və əbədi Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər əslində bir gün oranı tərk edəcəklərini bilməli idilər. Ancaq Laçının Zabux və Sus kəndlərindən yayılan görüntülər onu deməyə əsas verir ki, onlar bunu heç vaxt düşünməyiblər. Elə buna görə də, oraları tərk etmək üçün vaxt verilən ermənilər xislətlərini biruza verərək əllərinə nə keçirsə yandırır, apara bildiklərini isə özləri ilə götürürlər. Zabux və susda çəkilən ən son görüntüləri təqdim edirik.
Evlər tam boşaldılır. Daha sonra isə qabda olan benzin evə tökülür. Çox keçmir ki, evə od vurulur. Xislətini hər hərəkətində bəlli edən ermənilər əzəli və əbədi azərbaycan torpağını belə tərk edirlər.