Zakir Həsənov bu şəxsləri mükafatlandırdıbackend

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup hərbi qulluqçusunu və pedaqoji heyət üzvünü mükafatlandırıb.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi liseydə keçirilən tədbir zamanı nazirin məsələ ilə bağlı əmri oxunub və mükafatlar sahiblərinə təqdim edilib.