Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdibackend

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

“Yeni Gündəm”xəbər verir ki, ziyarətçilər sırasında Z.Həsənovla yanaşı, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin əməkdaşları da olublar.

Onlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsi ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri qoyublar.