Zakir Qaralov Nərminin qətlindən danışdıbackend

Baş Prokurorluqda əməliyyat müşavəsi keçirilib.

“Yeni Gündem”e daxil olan xəbərə görə, çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı dövlət başçısının xüsusi nəzarətindədir:

“İctimaiyyəti narahat edən bu faktla bağlı başlanmış cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilir”.

Z.Qaralov intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı tapşırıqlar verib.