Zakir Qaralovun şirkəti cərimələdibackend

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi” ASC-yə cərimə protokolu yazılıb.

“Yeni Gündəm” xəbər verir ki, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Gültəkin Əsədovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.Pravda.az