Zamin Salayev saxlanıldıbackend

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev saxlanılıb.

O, bıçaqla bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinir. Hadisənin Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verdiyi bildirilir.

Z.Salayev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır./Qafqazinfo