Zamiq Hüseynov “5 günlük dünya” adlı albomunu sevənlərinin ixtiyarına verib – VİDEObackend

Müğənni Zamiq Hüseynov bir müddətdir Türkiyədə hazırladığı “5 günlük dünya” adlı albomunu sevənlərinin ixtiyarına verib.

“Yeni Gündəm” xəbər verir ki, sənətçi alboma daxil olan “Hep biri var” mahnısına ekran həyatı da verib. Bütün mahnıları türk dilində oxuduğu albom və klip “Net Müzik” YouTube kanalında yer alıb.

Yeni layihəsindən məmnunluğunu bildirən Hüseynov, “bu 5 günlük dünyada hər kəsə sağlam və xoşbəxt olmağı diləyirəm” fikri ilə tamaşaçılarına xoş dinləmələr arzulayıb.