Zamiq Hüseynov yeni yay klipini təqdim etdi – VİDEObackend

Müğənni Zamiq Hüseynov “Gözlərində” adlı yeni mahnı və ona çəkdirdiyi klipini təqdim edib.

”Yeni Gündəm” xəbər verir ki, bəstənin müəllifi OGB-dir. Mahnının aranjimanı Samir Şirinov, mix-masteri Oleq Naumov, bekvokalı isə Esmira Rzayeva və Leyla Sezere aiddir. Emin Muradovun rejissorluğu ilə ərsəyə gələn klipdə, Zamiq tərzli libasları ilə göz oxşayıb.

Xarizmatik ulduzun “make-up”ı üzərində stilist Elnur Həsənov çalışıb. Ekran işinin prodüseri Fuad Vəlizadədir. Bundan əlavə, Hüseynov Niko Abbasovun obyektivi ilə lentə alınan retro fotosessiyasını da paylaşıb.