Zamiqdən dinləyicilərinə POZİTİV ÇAĞIRIŞbackend

Müğənni Zamiq Hüseynov daha bir nümunəvi addımı ilə diqqət çəkib.

“Yeni Gündəm” xəbər verir ki, ifaçı “İnstaqram” səhifəsində canlı yayım vasitəsilə izləyiciləri üçün kiçik konsert proqramı təşkil edib. “ZH Studio”da musiqiçilərin müşayiəti ilə baş tutan gecədə Zamiq sevilən mahnılarını ard-arda canlı səsləndirib. Pop ulduz həmkarları sırasında ilk olaraq reallaşdırdığı bu jesti ilə izləyicilərini heyran edib. Hüseynov musiqili günlərin ənənəvi olacağını bildirərək, həmkarlarını “challenge”ə çağırıb.

Qeyd edək ki, sənətçi bu layihəni koronavirus epidemiyasının dünyada sürətli yayıldığı dönəmdə motivasiya xarakteri ilə həyata keçirir.