Zaqatala sakini tanışını içki şüşəsi ilə vuraraq öldürdübackend

Zaqatala sakini tanışını içki şüşəsi ilə vuraraq öldürüb.

Bu barədə “Yeni Gundem”-ə Zaqatala rayon prokurorluğundan məlumat verilib

Noyabrın 04-ü Zaqatala rayonunun Fındıqlı kəndi ərazisində 1970-ci il təvəllüdlü Elxan Xəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı spirtli içki şüşəsi ilə baş nahiyəsinə xəsarət yetirərək Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qriqoriy Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.