Zaqatalada 15 otaqlı ev yandıbackend

Zaqatala rayonunda 15 otaqlı fərdi yaşayış evi yanıb.

“Yeni Gundem”-in məlumatına görə, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, 1957-cı il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.

Yanğın zamanı ümumi sahəsi 480 kvadratmetr olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Report