Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? -AÇIQLAMAbackend

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması barədə fotolar yayılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov saytımıza bildirib ki, vəhşi heyvanlar tərəfindən parçalanmış şəkildə tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir. Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb. Yayılan fotolar daha əvvəl Gürcüstanda çəkilib”.

Qeyd edək ki, mayın 17-də Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Qafqazinfo