Zaqatalada sakinlərin tövlələrini yandıran şəxs tutuldubackend

Yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun  Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib.

DİN Mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Yanğınların törədilməsində şübhəli bilinən kənd sakini Əhliman Gülməmmədov saxlanılıb.