Zaur Kamal illər sonra sevdiyi xanımla üz-üzə gəldi – VİDEObackend

Aparıcı Zaur Kamal “Onun sirri” verilişinin qonağı olub.

“Yeni Gündəm” big.az-a istinadən xəbər verir ki, veriliş zamanı maraqlı anlar yaşanıb. Belə ki, Zaur verilişdə tələbəlik illərində sevdiyi xanımdan bəhs edib:

“Tələbə vaxtı bacımla kirayədə yaşayırdım. Qonşuda da bir xanım qız qalırdı. Bu qız arada gəlirdi bacımın yanına danışıb gülürdük. Bir dəfə dedi, gəl səni bir qızla tanış edim, evləndirək. Nəzə mən də bu qızın yanına düşüb getdim Bakı Dövlət Universitetinə. Qızı göstərdi xoşuma gəldi. Uzun saçlı qız idi. Bir müddət bu xanmla görüşdük danışdıq amma mənə naz edirdi.

Bacı ilə də məsləhətləşmişdi o demişsi sizin sevdanız baş tutmaz. Ayrıldıq. Sonra mən radioda işləyirdim artıq. Bir gün dedilər ki, bir xanım gəlib səninlə görüşmək istəyir. Düşdüm aşağı birinci tanımadım. Çünki çox dəyişmişdi. Ailə qurmuşdu alınmamışdı, iki uşağı var idi. Dişləri tökülmüş vəziyyətdə. Mənə problemi olduğunu dedi kömək istəyirdi. Biz köməklik elədik problemini həll etdik. Ondan sonra görməmişəm”.

Aparıcı Lətafət Zaura sürpriz edərək bildirib ki, həmin Ülviyyə adlı xanımı verilişə dəvət edib.

Verilişdən olan kadrları təqdim edirik: