Zaur Kamaldan Könül Xasıyeva ilə bağlı açıqlamabackend

Aparıcı Zaur Kamal Xalq artisti Könül Xasıyevanın onu polisə şikayət etməsinə münasibət bildirib.

“Yeni Gundem” xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı Zaur bildirib ki, özü də xanəndənin bu addımına təəccüblənib. Zaur əlavə edib ki, Xasıyeva ilə polis idarəsində qarşılaşıb:

“Bu suala özüm də cavab tapa bilmirəm. Bir ildən sonra niyə belə addım atıb? Verilişimə bu ərəfədə qonaq da gəlib. Verilişə gələndə “Deyirlər ki” rubrikasının çərçivəsində ona suallar ünvanladım. Dedim ki, “Bakupost” saytında müsahibədə demisiniz ki, anamı atamdan ayırıb Bakıya gətirmişəm. Bunu təsdiq yox, deyilən şayiələrə aydınlıq gətirmək kimi etdim. Efir 10 dəqiqə gecikmə ilə yayımlanır, narazı idisə, deyərdi, kəsin bunu. Heç nə demədi, cavablandırdı və getdi. O sözləri özü deyib…

Getdim polisə ifadə verdim, hər şeyi izah etdim. Könül Xasıyeva da orada idi, qucaqladım, öpdüm. Dedim ki, əgər bir günahım varsa, qanun qarşısında boynum qıldan incədir, efirdə üzr istəyərəm. Amma mənim heç bir günahım yoxdur.

Könül Xasıyeva bir neçə il əvvəl solo konsert verirdi. Dedi, son konsertimdi. Heç bir kanal onu reklam etmədi, mən çağırıb reklam etdim”.

Zaur əlavə edib ki, adının bu cür xəbərdə hallanması onu narahat edib:

“Uşaq deyiləm, 26 ildir radio və televiziya sahəsində çalışıram. Susursan, amma belə məsələdə adımın hallanması xoş deyil”.