Zaur meydan oxudu: “Heç kimin başı üçün deyil…” – VİDEObackend

Bir neçə ay əvvəl SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon manat ianə toplayan aparıcı Zaur Baxşəliyev bu barədə danışıb.

Zaur balaca Amiri ailəsi ilə birgə “Zaurla Günaydın” proqramına dəvət edib.

Aparıcı Amiri gördükdə göz yaşlarına hakim ola bilməyib:

“Şükürlər olsun, dekabr ayına qədər Amirim dik dayanacaq. Hər sözü götürməyə dəyərdi. Məni bu yolda çox itələyən, yıxan, vurmaq istəyənlər oldu, çox quyu qazanlar, ləkələmək istəyənlər oldu, amma olsun. Heç kimin başı üçün deyildi ki, bir kəlmə ilə 19 günə bu qədər məbləği toplasın. Bunu biz etdik. Bu ATV telekanalının ən böyük uğurlarından biridir. İnciməyin, mən bunu söyləyəcəyəm.

Bunun fonunda mənə nə deyilsə də o qədər cılızdır ki…Dualarınız mənə bəsdir. Mənim üçün ən böyük cavab bu uşağın sağ qalması, dik dayanmasıdır. Cavabınızı Amir duruşu ilə verir”.