Zaur Mikayılov kollektivə təqdim edildi – Mərasimdə Əhməd Əhmədzadə də iştirak etdibackend

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Baş nazirin müavini Şahin Mustafayev aprelin 5-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovu kollektivə təqdim edib.

Nazirlər Kabineti mətbuat xidmətindən verilən məlumata görə, təqdimat mərasimində keçmiş sədr Əhməd Əhmədzadə də iştirak edib.