Zaurdan Günaya:”Bir dost kimi yazıram, ər kimi yox”backend

Bu gün tanınmış aparıcı Günay Baxşəliyevanın doğum günüdür. Bu münasibətlə onu həyat yoldaşı, aparıcı Zaur Baxşəliyev İnstaqram səhifəsində təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, Z.Baxşəliyev Günayla videosunu paylaşaraq bu sözləri yazıb:

“Günayım, sənin haqqında çox şeylər yaza və söyləyə bilərəm. Onlar bizə aiddir. Sadəcə bunu deyə bilərəm ki, nə yaxşı ki varsan. Bir insan, dost kimi yazıram, ər kimi yox. Biz həm bir-birimizin tamaşaçısı, tənqidçisi, ən əsası müdafiəçisiyik.

Bütün çatışanın, çatışmayanınla (hərçənd onlar çox azdır. ən azı məndən on dəfə) Nə yaxşı ki, varsan və mənim həyatımdasan. Doğum günün mübarək. Sənə həmişə sağlam olmağı arzulayıram. Həmişə Allahın pənahında və yanımda ol”.

Qeyd edək ki, məşhur cütlüyün Dilavər adlı bir qız övladı var.