Zavodun gözətçisinə xəsarət yetirildibackend

Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinə yanvarın 17-də saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində bir nəfərin Bakı vaqon təmiri zavodunun gözətçisi H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.