Zaxarovadan ABŞ-a CAVABbackend

Rusiya ilə Ukrayna arasında danışıqlar prosesində təmaslar davam etdirilir.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik radiosu”na açıqlamasında bildirib.

Zaxarova həmçinin ABŞ hakimiyyətinin rəsmi Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün “məqbul danışıqlar yolu”nu görmədiyi barədə bəyanatlarını da şərh edib.

“Düşünürəm ki, ABŞ administrasiyasının səsləndirdiyi bir çox bəyanatlar, administrasiyanın gözlənilən yeni tərkib dəyişkiliyi fonunda, məhz onların təsiri altında verilir.  Buna görə də administarsiyanın səsləndirdiyi bir-birini təkzib edən bəyanatların fraqmental şəkildə verilməsinə təəccüblənmək olmaz” – deyə, Zaxarova bildirib.