“Zaxarovadan ayrı nə cavab gözləyirdik?”backend

“Mariya Zaxarovadan ayrı nə cavab gözləyirdik? “Azərbaycan müharibədə qələbə qazandığına görə Rusiya bundan sonra Ermənistana silah və hərbi texnika göndərməyəcək” – bunu deyəcəyini gözləyirdik?”

“Yeni Gündəm”-in xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlunun sözlərinə görə, Rusiya Ermənistanı məhz ona görə illərdir silahlandırır ki, du dövlət Azərbaycan qarşısında tam gücsüz və zəif duruma düşməsin: “Əlbəttə, Rusiya İlham Əliyevin təbirincə desək anlayır ki, hərbi nisbəti Ermənistanın xeyrinə dəyişə bilməyəcək.

Ancaq nisbəti dəyişməsə belə Kreml Ermənistanı silahlandırmaq siyasətindən əl çəkən deyil, əks halda Cənubi Qafqazda forposutunun ititilməsiylə barışmalıdır, buna isə getməyəcək.