Zaxarovadan Qarabağla bağlı vacib açıqlamabackend

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun artıq 8 iclası keçirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Gürcüstan XİN başçısı ölkəsinin Azərbaycan və Ermənistan arasında dialoq platformasına çevrilməsinə çalışdığını bildirib

“Biz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə yardım edən bəyanat və addımları dəstəkləməyi düzgün hesab edirik”, – Rusiya XİN-in rəsmisi vurğulayıb.

M. Zaxarova qeyd edib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həllinin optimal variantı üçtərəfli işçi qrupdur.