Zəfər Günü münasibətilə Saatlıda ağacəkmə aksiyası keçirilib – FOTOLARbackend

Milli Məclisin deputatı Əziz Ələkbərli Saatlı rayonunda 8 noyabr Zəfər Günü münasibətilə Saatlı rayon mərkəzində keçirilən bayram tədbirindən sonra rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə təşkil edilmiş ağacəkmə mərasimində iştirak etmişdir.

Həyata keçirilən mərasimdə Vətən Müharibəsinin Saatlı rayonundan olan 36 şəhidinin xatirəsinə 36 ağac əkilmişdir.