“Zəfər günü”nünü zəhər edənlər oldubackend

“Zəfər günü”, bu günün sevincin bizə 44 günlük müharibə ilə qanlarının, canlarının bahasına olan Şəhidlərimiz bəxş etdi. Zəfər günü münasibəti ilə Azərbaycanın bölgələrində və paytaxtımız Bakıda davamlı tədbirlər keçirilir.

Azərbaycan respublikasının Mədəniyyət Nazirliyin təşkilatı ilə “Zəfər” adı altında yarmarka keçirildi. Yarmarkaya təşkilatçılıq edən baş idarənin nümayəndəsi Nərminə xanım Qafarova idi.

Bu günlərdə Daxili işlər Nazirliyinin əməkdaşları belə yollarda bayram edən insanlara dəstək olurdular.

Tədbirə nəzər salanda açıq aydın Nərminə xanımın səriştəsizliyi labüd görünürdü. O gələn insanlarla kobud davranıb media nümayəndələrinə çəkiliş zamanı imkan yaratmaqdansa kobudluq edib çəkilişə icazə verməyib qovurdu. Baxmayaraq Mədəniyyət Nazirimiz dəyişilib, çox təəssüf ki, köynə nazirin dövründə olan düzgünsüzlüklər baş alıb gedir. Bunu da qeyd edim ki, “Zəfər” yarmarkası günlərində nə Mədəniyyət Naziri nə də Nazirliyin nümayəndələrindən tədbirdə yox idi. Yarmarka da əslində öndə Şəhid ailələri, qazilərimiz və onların yaxınları olmalı idilər. Ancaq çox təssüf edirəm heç kim yox idi.

Doğru.az MMC-nin rəhbəri və media nümayəndəsi kimi şəxsən mənə Nərminə xanımın kobudluq etdiyini onun rəhbərliyinə çatdırmaq məqsədiylə zənglər etdim lakin zənglərim cavabsız qaldı.

Diqqətə çatdırım ki, dövlət başçısı İlham Əliyev hər zaman xalqa müraciətində qeyd edir ki, hər bir məmurun əsas vəzifə borcu vətəndaşa düzgün, şərəfli şəkildə xidmət etməkdir.

Ardı var…

DOĞRU.AZ