“Zəfər Gününün 101-ci ildönümüdür”backend

“Yeni Gundem” xəbər verir ki, Türkiyənin TrtHaber saytı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbrikini paylaşıb.

Nazirin X sosial media platformasındakı paylaşımında “Bu gün qardaş Türkiyənin Qurtuluş Savaşında əzmi və qəhrəmanlığı ilə əldə etdiyi şanlı qələbənin təcəssümü olan Zəfər Gününün 101-ci ildönümüdür. Bu münasibətlə mən xalqımız adından da təbriklərimi çatdırır və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm” – ifadələrdən istifadə etmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin “Qardaş Türkiyənin tarixinin şanlı səhifələrindən biri olan və Qurtuluş Savaşının taleyini müəyyən edən 30 Avqust Zəfərinin 101-ci ildönümündə bu qələbənin memarlarını – Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını ehtiramla yad edirik” – deyə paylaşımında yazıb.

Mənbə: TrtHaber

Aynur Camal